Dünya

Kolumbiyadan Qəzzaya zəng

Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo Qəzzada beynəlxalq insan haqlarının qorunmasına çağırıb. Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamaya görə, Murillo Doha Forum 2024-də “Fələstində daha bir faciənin qarşısının alınması: İrəliyə doğru yol açmaq” panelində iştirak edib.

Murillo burada etdiyi çıxışında Kolumbiyanın sülh və həyat üçün diplomatiyanı dəstəklədiyini ifadə edərək, “İnsanların insan hüquqlarını və ləyaqətini qoruduğumuz zaman həyatı dəstəkləyirik” deyə qiymətləndirməsini edib.

Qəzzada baş verən hücumların soyqırım kimi qeydə alındığına diqqət çəkən Murillo, “Körpələrin də olduğu 45 mindən çox adam öldürüldü. Bu qətllərin 70 faizi qadın və uşaqlardı. Bu fakt qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuyur” deyib.

Murillo Qəzzada beynəlxalq insan haqlarının qorunması çağırışını təkrarlayıb və İsraili beynəlxalq sistemin tələb etdiyi qərarları yerinə yetirmədiyi üçün tənqid edib.

Dekabrın 7-8-də Qətərin paytaxtı Dohada Doha Forum 2024 keçirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Heyvanlar üçün qurulan körpülər 15 min təhlükəsiz keçidə imkan yaratdı

Aynur Camal

Yaponiyalı jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı

Aynur Camal

Roma Papası XIV Leo əməliyyatdan sonra sağalmağa başlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu