Mədəniyyət

Komitə sədri rəssamlarla görüşdü

Bugun.tv xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Kirman Abdin, istedadlı rəssamlar Ümid Həsənli və Elnur Həsənovla görüşüb. Onların yaradıcılıq uğurları, planları və qayğıları ilə maraqlanıb.
Bu barədə millət vəkili öz facebook hesabında paylaşım edib. Rəssamların yeni əsərləri, sənət uğurları ilə tanış olan Q.Paşayeva, onların 2023-cü ilin əlamətdar hadisələrinə – “Heydər Əliyev İli”nə, Şuşa şəhərinin 2023-cü il üzrə Türk dünyasının Mədəniyyət paytaxtı olmasına əsərlər həsr etməsini alqışlayıb.
Rəssamlara yeni sənət uğurları diləyən komitə sədri, hər iki əlamətdar hadisəni, yaradıcı insanlar üçün yeni sənət üfüqlərinə çağırış olaraq xarakterizə edib. Sənətçilərin ölkəmizin əlamətdar hadisələrini, düşmən üzərində tarixi zəfərimizi, azad olunan torpaqlarımizda aparılan abadlıq-quruculuq işlərini öz duyğu-düşüncələri ilə ifadə etməsini təqdirlə qarşılayan Q.Paşayeva, özünəməxsus ənənələri olan Azərbaycan rəssamlıq məktəbinin gələcəyinin indiki yaradıcı gənc nəsildən, onların ustadlardan nələri əxz etməsindən önəmli dərəcədə asılı olduğunu vurğulayıb, rəssamlara ən xoş arzularını yetirib.
Rəssamlar öz rəsm əsərlərini Komitə sədrinə bağışlayıblar.
Kəmalə Sultan

Oxşar xəbərlər

“1970-ci illərin ən arzuolunan qadını” – aktrisa Rakel Uelç vəfat edib

Aynur Camal

“Hozu Cangüdən” filminin qala gecəsi baş tutub

Aynur Camal

Bu gün qızıl ürəkli tarix adamın, Qafar Cəbiyevin doğum günüdür

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu