Baş xəbərDünya

Kömür mədəninə raket və qumbaraatan hücumu: Çoxlu ölü və yaralı var

Pakistanın Bəlucistan əyalətində fəaliyyət göstərən kömür mədəninə silahlı hücum edilib. İlkin məlumata görə, hücum nəticəsində çoxlu insan həyatını itirib. Polis rəsmiləri Bəlucistan əyalətinin Duki bölgəsində fəaliyyət göstərən kömür mədəninə silahlı şəxslərin hücumu olduğunu açıqlayıb.

Səlahiyyətlilər, raket və qumbaraatanların da istifadə edildiyi hücumda ilkin tapıntılara görə 20 mədənçinin həyatını itirdiyini, 7 mədənçinin isə yaralandığını bildirib.

POLİS HƏR YERDƏ ONLARI AXTARIR

Ölənlər arasında Əfqanıstan vətəndaşlarının da olduğu və yaralıların xəstəxanaya göndərildiyi barədə məlumat verən səlahiyyətlilər, hücum edənlərin mədəndəki bəzi maşınları yandırdığı, polisin izini itirən silahlı qruplaşmanın axtarışında olduğu bildirilib. Hücuma görə məsuliyyəti hələlik heç kəsin üzərinə götürmədiyi bildirilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən yavaş köpəkbalığının taleyi gündəmdədir

Aynur Camal

Yunanıstanın Kalamos adasında məktəb bağlanmaq üzrədir: cəmi iki şagird qalıb

Aynur Camal

Ayın səthindəki sirli dəliyin nəhəng mağaraya açılıb-açılmadığı araşdırılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu