24 C
Baku
5 Sentyabr 2025, 8:59
Baş xəbər

Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Bünövrəsi” adlı təlim keçirdi

Binəqədi Gənclər Evi gənclərin hüquqi biliklərini artırmaq və onların hüquqi savadlılığını inkişaf etdirmək məqsədilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Bünövrəsi” adlı xüsusi təlim keçirib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hüquqi Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin həmtəsisçisi və idarə heyətinin sədri, Ədliyyə Nazirliyinin yanında Məhkəmə Ekspertizası Mərkəzinin doktorantı Esmira Tağıyevanın təqdimatında keçirilən təlimdə gənclər hüquqi dövlətin əsasları, qanunvericilik sahəsindəki yeniliklər və hüquqi maarifləndirmənin əhəmiyyəti ilə bağlı ətraflı məlumatlar əldə ediblər.

Təlimdə müstəqil dövlətin hüquqi təməlləri və konstitusiyanın suverenliyin qorunmasındakı rolu ilə bağlı biliklər paylaşılıb.

Binəqədi Gənclər Evi hüquqi və sosial maarifləndirmə istiqamətində bu cür təlimlərin təşkilini davam etdirməyi planlaşdırır.

Xatırladaq ki, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.

Aynur Camal

Oxşar xəbərlər

Tramp Çin mallarına əlavə rüsumlar tətbiq edib

Aynur Camal

Pasxa tortunun bol kremli üst hissəsinin niyə təhlükəli olduğu məlum oldu

Aynur Camal

Uzun həftə sonları niyə tətili əvəz etmir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu