10.7 C
Baku
27 Mart 2025, 21:17
Baş xəbərDünya

Yaponiyadan ABŞ-a 2 milyon dollarlıq yanğın yardımı

Yaponiya hökuməti ABŞ-da böyük dağıntılara səbəb olan Los-Anceles yanğınlarının qurbanlarına 2 milyon dollar yardım edəcəyini açıqlayıb.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinin müxtəlif yerlərini külə çevirən meşə yanğınları səkkizinci gündə də bütün şiddəti ilə davam edir.

Davam edən yanğınlarda ən azı 25 nəfərin həyatını itirdiyi açıqlanıb.

Ümumilikdə təxminən 38 min dekar ərazini əhatə edən yanğınlar 12 mindən çox binanı yararsız hala salıb.

YAPONİYADAN KÖMƏK ƏLİ

On minlərlə insanın təxliyəsi üçün xəbərdarlıq edildiyi halda, yanğının iqtisadi itkisinin 275 milyard dollara çata biləcəyi təxmin edilir.

Bu fəlakətli proses zamanı fəlakətin yaralarını sağaltmağa çalışan ABŞ-a Yaponiyadan kömək əli gəldi.

Yaponiya Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, Amerika Qırmızı Xaç Cəmiyyəti vasitəsi ilə meşə yanğınlarında zərər çəkənlərə 2 milyon dollar yardım ediləcəyi ifadə edildi və “Yaponiya, yanğınların sağalması üçün aktiv şəkildə yardım göstərəcək. Qurbanların yaralarını və zərər çəkmiş əraziləri mümkün qədər tez bərpa etmək lazımdır” ifadələrdən istifadə edilmişdir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Karateçilərimiz Avropa çempionatında 8 medal qazanıb

Aynur Camal

Heç bir istilik elektrik stansiyası qalmadı

Aynur Camal

Leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində 7 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu