22 C
Baku
9 Sentyabr 2025, 2:21
Hadisə

Köpək balığı 13 yaşlı uşağı tutdu

Bugun.tv xəbər verir ki, Avstraliyada 13 yaşlı üzgüçü Kvinslenddə köpək balığının hücumuna məruz qalıb. O xəstəxanaya yerləşdirilib. Bu barədə Daily Mirror məlumat yayıb.

Hadisə martın 15-də Brisben şəhərinin şimalındakı çimərliklərdən birində baş verib. Təxminən saat 16 radələrində qız üzərkən köpək balığı ona hücum edərək, ombasından tutub. Sonra yırtıcı balıq qurbanı ayaqlarından və mədəsindən dişləyib.

Qız təcili olaraq yerli sörf klubunun binasına aparılıb. Orada qanaxma dayandırılıb. Yaralara sarğı edilib. Bundan sonra o, xəstəxanaya aparılıb. Həkimlər zərərçəkənin vəziyyətinin stabil olduğunu, həyati təhlükəsinin olmadığını bildiriblər.

Kvinslend Təcili Yardım Xidmətinin rəhbəri Metyu Davenport deyib ki, qız nisbətən kiçik xəsarətlərlə xilas olmaq üçün çox şanslı olub. O, həmçinin qeyd edib ki, hücumun baş verdiyi çimərlik təhlükəli sayılmayıb. Orada əvvəllər köpək balıqları peyda olmayıb.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

4,4 maqnitudalı zəlzələ oldu

Aynur Camal

Bəzi çimərliklərdə üzmək 2 gün müddətinə qadağan edildi

Bugün TV

Qanunsuz olaraq odlu silah saxlama və yerin təkindən istifadə faktları aşkarlandı.

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu