18 C
Baku
23 Oktyabr 2025, 18:38
Dünya

Köpəkbalığı terrora səbəb oldu: Yaralılar var

ABŞ-ın Florida ştatında çimməyə gedənlər böyük dəhşət yaşayıb. 90 dəqiqə fərqlə iki çimərlikdə köpək balıqları 3 nəfərə hücum edib. Dəhşətli hadisədə yaralılardan birinin sol qolunun bir hissəsini xilas etmək mümkün olmayıb.

ABŞ-ın Florida ştatında iki çimərlikdə köpək balıqları 3 nəfərə hücum edib. Watersound çimərliyində çimərkən hücuma məruz qalan 45 yaşlı qadının xəstəxanada edilən müdaxilə nəticəsində sol qolunun bir hissəsi kəsilib.

Bu dəhşətli hadisədən 90 dəqiqə sonra 6,4 km uzaqlıqdakı başqa bir çimərliyə köpək balıqları yenidən hücum edib və iki nəfər yaralanıb. Hücumlardan sonra bəzi çimərliklər müvəqqəti olaraq bağlanıb.

 Ən çox Hücumlar ABŞ-da baş verir

Ötən il ABŞ-da 36 köpəkbalığı hücumu olub, onlardan ikisi ölümlə nəticələnib. Dünyadakı ümumi köpəkbalığı hücumlarının 52 faizi ABŞ-da baş verib.

Ötən il Florida 16 köpəkbalığı hücumu ilə ABŞ-da birinci yeri tutub. ABŞ-ı dördü ölümlə nəticələnən 15 hücumla Avstraliya və biri ölümlə nəticələnən üç hücumla Yeni Kaledoniya izləyir.

ABŞ naziri Blinkenin İsrailə səfərindən əvvəl HƏMAS-dan diqqətçəkən açıqlama gəlib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tibb dünyası şokdadır! Xərçəng hüceyrələrini 4 saat ərzində məhv edir

Aynur Camal

“Qanunsuz ov edən” İran gəmisi ələ keçirildi

Aynur Camal

ABŞ kənardadır! F-22 və F-35 döyüş təyyarələri ilə bağlı məlumatlar 3 ölkəyə sızdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu