Digər

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Bakıda keçiriləcək ümumdünya forumuna dəvət edildi

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Məhəmməd əl-Budeyvi 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət edilib.

Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubunu ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev təqdim edib.

Görüşdə, həmçinin Azərbaycan və KƏŞ dövlətləri arasındakı əlaqələr və onların möhkəmləndirilməsi, eləcə də son beynəlxalq və regional məsələlər müzakirə olunub.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

İsrail ordusu Livanın cənubundakı 6 yaşayış məntəqəsinə hücumla hədələdi

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Ramazan nəfsin tərbiyəsi ayıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu