Baş xəbərİdman

Azərbaycanın boks yığmaları MDB Oyunlarına Bakıda hazırlaşır

Yeniyetmə oğlan və qız boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Bugun.tv xəbər verir ki, Bakı Boks Mərkəzində keçirilən hazırlığa ölkənin ən güclüləri cəlb olunublar. Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət milli paytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışın növbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin baş məşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davam edəcək.

Qeyd edək ki, toplanış ölkəmizdə keçiriləcək III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Dünya Kuboku festivalı hava şəraitinə görə dayandırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu