31 C
Baku
21 İyul 2025, 12:19
Baş xəbərSəhiyyə

Koronavirusa yoluxan milyonlarla insan iybilmə qabiliyyətini itirib – ARAŞDIRMA

Bugun.tv xəbər verir ki, “Laringoscope” jurnalı ABŞ-da aparılan araşdırmanı açıqlayıb. Beləki, tədqiqatçılar koronavirusa yoluxma ilə dad və qoxu itkisi arasında əlaqə tapıblar.

Yeni bir araşdırmaya görə, koronavirusa yoluxan 20 milyondan çox amerikalı qoxu və dad hissini itirib və ən azı 25 faizi hisslərini bərpa etməyib. Tədqiqatda təxminən 29,700 böyüklər sorğulanıb.

Milli Sağlamlıq Mərkəzi sorğunun 2021-ci il məlumatlarından istifadə edən alimlər, koronavirusa yoluxmuş iştirakçıların təxminən 60 faizinin qoxu və 58 faizinin dad hissini itirdiyini aşkar ediblər. Məlum olub ki, bu iştirakçıların 24 faizində yalnız qismən yaxşılaşma olub, 3 faizdən çoxunda isə qoxu hisslərində heç bir irəliləyiş yoxdur.

Dadbilmə qabiliyyətini itirənlərin 20 faizinin dad hissini qismən bərpa etdiyi, 2 faizdən çoxunun isə hələ də dad ala bilməyəcəyi qeyd edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Baş verən zəncirvari qəzada 1 nəfər öldü, 5 nəfər yaralandı

Bugün TV

Bıçaqlı hücumda 2 mühafizəçi yaralandı

Bugün TV

Baş verən dəhşətli qəzada ölənlərin sayı 7-yə çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu