12 C
Baku
28 Mart 2026, 18:43
Baş xəbərDünya

Körpə üzərində beyin əməliyyatı aparıldı

Bugun.tv-nin məlumatına əsasən, ABŞ-ın Boston şəhərində ölkənin tibb tarixinə düşəcək əməliyyatda həkimlər gələcək körpəyə beyin əməliyyatı ediblər. Əməliyyat uğurlu keçib, ana və körpənin səhhətinin yaxşı olduğu açıqlanıb.

Luiziana ştatında yaşayan Derek və Kenyatta Koulman adi müayinə üçün getdikləri xəstəxanada həkimlərin qeyri-adi bir şey gördüyünü öyrəniblər.

Xəbərə görə, həkimlər körpənin beynində damar qüsuru, nadir qan damar anomaliyasını aşkar ediblər.

Körpənin beynini müşahidə edən həkimlər qüsurun təhlükəli şəkildə böyüdüyünü bildiriblər.

Normal hamiləlik keçirdiyini düşünən Kenyatta körpəni bətnində dünyaya gətirməzdən əvvəl əməliyyat olub-olmaması barədə qərar verməli olub.

Cütlüyün razılığı ilə əməliyyat aparılıb və körpə sağlam doğulub. Bu prosedur tibb tarixinə ABŞ-da ana bətnində olan körpə üzərində edilən ilk əməliyyat kimi düşdü.

Xatırladaq ki, 2018-ci ildə rusiyalı həkimlər Tümen şəhərində doğulmamış uşağın beyin əməliyyatı keçiriblər.

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu