Baş xəbərDünya

Dəhşətli meşə yanğını! 13 ev yandı!

Rusiyanın Tümen vilayətində baş verən meşə yanğını ilə bağlı böyük qorxu yaşanıb. 13 evə yayılan yanğın nəticəsində 500 nəfər təxliyə edilib. 3 min 600 hektar ərazi külə dönüb.

Bugun.tv xəbər verir ki, Rusiyanın Tümen vilayətinin Uspenka kəndi yaxınlığındakı meşəlik ərazidə başlayan yanğın qısa zamanda yaşayış məntəqələrinə də keçib.

Məlumata əsasən, bölgəyə Rusiya Fövqəladə Hallar Nazirliyinin 74 şəxsi heyəti, 2 Mi-8 yanğınsöndürmə helikopteri və çoxlu sayda yanğınsöndürən maşın göndərilib.

Küləyin təsiri ilə nəzarətdən çıxan yanğın 13 evə keçdikdən sonra əraziyə daha 4 yanğınsöndürmə helikopteri və 50 canlı qüvvə göndərilib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Aynur Camal

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu