15 C
Baku
27 Oktyabr 2025, 5:57
Baş xəbərKriminal

Körpə uşağını məişət tullantılarına atan ana saxlanıldı

Bugun.tv xəbər verir ki, Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılıb. Körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb. Ondan izahahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.

Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Futbolçu Promes Dubayda həbs edildi

Bugün TV

O, keçmiş müdirinə əsəbiləşib və iş yerinin şüşələrini adze ilə sındırdı

Teymur Əziz

Ağcabədidə silahlar və narkotik tərkibli bitki aşkar edilib – FOTOLAR

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu