13 C
Baku
27 Aprel 2026, 20:56
Texnologiya

Shincou-16 taikonavtları ilk kosmosa çıxdılar

Bugun.tv xəbər verir ki, Çinin Yer orbitində qurduğu Tiengong (səma sarayı) Kosmik Stansiyasının xaricindəki kameraları tənzimləmək üçün “Shincou 16” kosmik kəşfiyyat qrupunun ilk kosmos gəzintiləri başa çatıb.

Çin İnsanlı Kosmik Proqram Agentliyi (CMSA) missiya komandiri Cing Hayping və kosmik uçuş mühəndisi Cu Yangcu’nun 8 saatlıq kosmos gəzintilərindən sonra yerli vaxtla 21:40-da “Vintien” laboratoriya moduluna qayıtdıqlarını bildirib.

Üçüncü ekipaj, professor Qui Hayçao ekipajı dəstəkləmək üçün stansiyada qalıb.

Əməliyyatın bir hissəsi olaraq, Cing və Cu dəstəkləyici çərçivəni “Tienhi” (səma harmoniyası) əsas modulundan kənar panoramik kameraya quraşdırdılar.

Sözügedən əməliyyat Çinin ilk kosmos səyahəti olduğu halda, Çin taikonavtlarının 13-cü kosmos gəzintisidir.

52 gündür stansiyada yaşayan Cing və komandasının kosmos stansiyasında qalması planlaşdırılan 5 ayı tamamladıqdan sonra noyabr ayında Yerə dönməsi gözlənilir.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Döyüş qərarlarını sürətləndirmək üçün Süni İntellektdən istifadə ediləcək

Aynur Camal

Alimlər kosmik uçuşlar üçün süni yuxu texnologiyasına yaxınlaşıblar

Aynur Camal

NASA’nın Webb teleskopu kainatda nadir exoplanet kəşf edib — limon formasında və qeyri‑adi atmosferli planet

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu