13 C
Baku
13 Aprel 2026, 14:11
Səhiyyə

Kosmetoloq açıqladı: İnsanlar niyə üzün hiperkorreksiyasından imtina edir?

Üz masajı

Müasir estetik tibb sahəsində təbii görünüşə maraq artır və insanlar artıq üzün həddindən artıq korreksiyasından imtina etməyə başlayır.

Bu barədə “İzvestiya”ya tibb elmləri namizədi, dermatoveneroloq və kosmetoloq, “Reforma” estetik tibb klinikalar şəbəkəsinin yaradıcısı Natalya Mixaylova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bu gün gənc və təravətli görünüşə nail olmaq üçün əsas diqqət dərinin keyfiyyətinin yaxşılaşdırılmasına, təbii mimikanın qorunmasına və insanın fərdi cizgilərinin vurğulanmasına yönəlib. Artıq üzün yumşaq toxumalarının həcmini süni şəkildə artırmaq və kəskin konturlar yaratmaq əvvəlki kimi populyar deyil.

Kosmetoloq bildirib ki, pasiyentlər zamanla həddindən artıq korreksiyanın mənfi nəticələrini dərk etməyə başlayıblar. Süni şəkildə artırılan həcmlər illər keçdikcə proporsiyanı poza və estetik cəhətdən qeyri-təbii görünüş yarada bilir.

Ekspert vurğulayıb ki, hazırda əsas trend “təbii gözəllik” anlayışıdır və məqsəd insanın simasını dəyişmək deyil, mövcud xüsusiyyətləri daha balanslı və sağlam şəkildə qorumaqdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

BİLİRDİNİZMİ? Yuxu keyfiyyəti beyin yaşını və demensiya riskini təsir edir

Aynur Camal

Qan təzyiqini ölçərkən tez-tez edilən səhvlər və timusun insan sağlamlığındakı rolu

Aynur Camal

Kərə yağı niyə saralır: bu normaldır, yoxsa saxlama səhvi?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu