25 C
Baku
27 İyul 2024, 4:44
Baş xəbərTexnologiya

“Kosmos və Dayanıqlılıq” həftəsi başlayıb

Bugün.tv Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyindən (“Azərkosmos”) əldə etdiymiz məlumata əsasən “Kosmos və Dayanıqlılıq” adlı silsilə tədbirlər həftəsi başlayıb.

“Məqsədimiz Qlobal kosmik sənayenin nailiyyətlərini qeyd etmək, eləcə də müxtəlif tərəfdaşların bu sahəyə marağını təmin edib gücləndirməkdir”- Azərkosmos bildirib.

Eyni zamanda Kosmos və bu sahədə təhsilin əhəmiyyəti barədə ictimaiyyətdə məlumatlılığı artırmaq, davamlı iqtisadi inkişaf üçün məsafədən müşahidə peyklərindən istifadəni təşviq etmək, gənclər arasında elm, texnologiya, mühəndislik sahəsinə marağı yüksəltmək nəzərdə tutulub.

Qeyd edilib ki,  “Azərkosmos” bu həftə ərzində ali təhsil müəssisələri, ABŞ-nin Azərbaycandakı Səfirliyi, “Tusi Bohm Planetarium”un dəstəyi ilə ölkədə ilk dəfə silsilə tədbirlər keçirəcək. Məktəblilərlə görüşlər, universitetlərdə seminar və sərgilər təşkil olunacaq. Tədbirlərdə Azərbaycanın kosmik sahədə gördüyü işlər, peyk layihələri, “Azərkosmos”un təhsil sahəsində həyata keçirdiyi təşəbbüslər, 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin ölkə üçün əhəmiyyəti barədə təqdimatlar nümayiş olunacaq.

Xatırladaq ki, hər il 4-10 oktyabr tarixləri Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunur. BMT-nin Baş Assambleyasının bəyannaməsinə əsasən ilk dəfə 2000-ci ildə başladılan bu ənənəyə uyğun olaraq, bir həftə ərzində dünyanın müxtəlif ölkələrində eyni anda kosmik qurumlar və digər tərəfdaşlar tərəfindən fərqli tədbirlər həyata keçirilir, qlobal kosmik sənayedə baş verən irəliləyişlərin müxtəlif sahələrə göstərdiyi müsbət təsiri vurğulanır.

Bu il isə Həftə “Kosmos və Dayanıqlılıq” mövzusu altında keçiriləcəkdir. Tədbirin başlanğıc və son tarixləri isə təsadüfən seçilməmişdir. Belə ki, 4 oktyabr, 1957-ci il tarixində Yerin ilk süni peyki – Sputnik 1 orbitə buraxılmışdır. 10 oktyabr, 1967-ci il tarixində isə beynəlxalq kosmik hüququn əsasını təşkil edən Xarici Kosmos Müqaviləsi imzalanmışdır.

Aynur Camal

Oxşar xəbərlər

R.Məmmədli: “Törədilən təxribat müharibənin hələ də bitmədiyini göstərdi”

Kəmalə Sultan

Canlı yayımlanan avtomobil qəzaya uğradı: 2 ölü, 1 yaralı var

Bugün TV

7 vilayətdə FETÖ əməliyyatı: 9-u nəzarətə alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu