34 C
Baku
27 İyul 2025, 13:25
Dünyaİdman

Kovaçiç “Mançester Siti”yə keçməsi barədə danışdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç kluba keçməsi barədə danışıb.

Bugun.tv xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

“Bu mənim üçün əla addımdır və mən “Mançester Siti” ilə başlamaq üçün səbirsizlənirəm. Pep rəhbərliyi altında bu komandanı izləyən hər kəs onların nə qədər yaxşı komanda olduğunu bilir. Məncə, dünyanın ən yaxşı komandasına qoşulmaq hər bir futbolçunun arzusudur. Öyrənməli olduğum çox şey var. Düşünürəm ki, Peplə daha yaxşı oyunçu ola bilərəm. İndi bir-iki həftə dincəlməyi planlaşdırıram, sonra Mançesterə qayıdıb yeni mövsümə hazırlaşmağa başlayacağam. Mən bu klubun zirvədə qalmasına və daha da çox kuboklar qazanmasına kömək etmək istəyirəm”, – Kovaçiç vurğulayıb.

Qeyd edək ki, Mateo Kovaçiçin “Mançester Siti”yə keçidi bu gün məlum olub.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Qəzzaya edilən hücumlarda 830 nəfər həyatını itirdi

Bugün TV

Yeni idman avtomobilinin xüsusiyyətləri açıqlandı

İntizar Əmirova

ABŞ-da valideynlərinin razılığı olmayanlar sosial mediadan istifadə etməyəcəklər

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu