Baş xəbərDünya

Kral Çarlz yerköküdən hazırlanmış fleyta çaldı

Kral Çarlz xərçəng müalicəsindən sonra ilk ictimai tədbirində iştirak etdi və Vindzor qəsrində London Tərəvəz Orkestri ilə kök fleytası çaldı. Kralın bu zarafatı diqqəti cəlb etdi.

İngiltərə kralı Çarlz növbəti dəfə əlamətdar hadisəyə imza atıb.

Xərçəng müalicəsinin ardından krallıq vəzifəsinə qayıdan Kral, Windsor qalasında London Tərəvəz Orkestri ilə görüşüb.

İngiltərədə əl işi yerli tərəvəzlərdən hazırlanmış alətlərdən istifadə edən yeganə ansambl olması ilə öyünən orkestr Kral Çarlza bir alət də hədiyyə edib.

 Kartof, bibər, şalgam kimi meyvələri oyaraq alətlər düzəldən orkestrin dirijoru, Krala yerköküdən fleyta çaldırdı.

Uşaqlar üçün “Twinkle twinkle little star” mahnısını ifa edən Kral ifası zamanı uşaq rəftarı ilə diqqət çəkib.

350-yə yaxın qonağın qarşısında yerkökü ilə çıxış edən Kral Çarlz “Bu səsi çıxarmağın bu qədər əyləncəli olacağını heç ağlıma da gətirmirdi” deyib.

Tamaşadan sonra Kral kütləyə kökü özü ilə evə aparacağını da söyləyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Himalay buzlaqları son 10 ildə 65 faiz daha sürətlə əriməyə başlayıb

Aynur Camal

Əcnəbiləri heyrətləndirən iki rus təamı açıqlanıb

Aynur Camal

İsrail Husilərin irəliləyişindən sonra hərbi-dəniz qüvvələrinin hazırlığını artırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu