19 C
Baku
8 Sentyabr 2024, 3:27
Dünya

Kran suyu ilə qarışan mikrob: Onlarla insan xəstəxanaya qaçdı

İngiltərənin Cənubi Devon şəhərində kran suyu ilə qarışan nəcis. Onlarla insan ishal və sancı şikayətləri ilə xəstəxanaya müraciət edib.

İngiltərənin Cənubi Devon bölgəsində ən azı 46 nəfər ishal və kramp şikayətləri ilə xəstəxanaya müraciət edib. Nəcisin krant suyuna qarışdığı və xəstəliklərin parazitlər tərəfindən törədildiyi anlaşılırdı. Minlərlə insanın risk altında olduğu üçün sakinlərə suyu qaynadıb istehlak etmələri tövsiyə olunub. Xəstəliklərin digər bölgələrə də yayılacağından ehtiyatlanır.

Bildirilib ki, Cryptosporidium olaraq təyin olunan virus orqanizmdə bir aya qədər aktiv qala və bir ay ərzində xəstəliyə səbəb ola bilər. Cryptosporidium yoluxmuş insanların və heyvanların bağırsaqlarında və nəcisində yaşaya bilər.

Virus birbaşa başqa bir insandan və ya heyvandan nəcisə toxunmaqla, çirklənmiş su və ya yeməkdə çimərkən və ya istehlak etməklə yayıla bilər.

İnfeksiyaya yoluxmuş insanlar ishal, doğuş kimi sancılar, ürəkbulanma və ya qusma, yüngül qızdırma və iştahsızlıq kimi simptomlarla qarşılaşırlar.

Şərqi İngiltərə Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi professor Paul Hunter virusun yayılmasının İngiltərənin digər bölgələrində də davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Bir həftə ərzində ölkəmizi tərk edin!” 

Aynur Camal

Rusiyanın xarici işlər naziri Sergey Lavrov: Biz Ankara ilə Dəməşq arasında görüş planlaşdırırıq

Aynur Camal

Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ölkəmizdə səfərdədi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu