Dünya

Amerikalı cütlük 100 yaşında evləndi, “Ginnes”ə müraciət etdi

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində 100 yaşında evlənən cütlük “Ginnesin Rekordlar Kitabı”na müraciət edib.

Fox News-un məlumatına görə, 100 yaşlı Berni Littman və 102 yaşlı Marjorie Fiterman Filadelfiyadakı qocalar evində evləniblər.

Littmanın nəvəsi Sarah Sicherman, bu evlilik yaşının rekord olduğunu düşündükləri üçün “Ginnesin Kitabı”na müraciət  ediblər” deyib.

Babasının musiqiçi olduğunu və 65 il evli olduğunu bildirən Siçerman həyat yoldaşının ölümündən sonra qocalar evinə köçdüyünü və Fitermanla orada tanış olduğunu bildirib.

Siçerman həyat yoldaşını itirən Fitermanın 60 il evli olduğunu bildirib.

Babası ilə Fitermanın eyni universitetdə oxuduqlarını deyən Sicherman, o zaman ikisinin bir-birini tanımadığına diqqət çəkib.

Littman ilə 102 yaşlı Fiterman arasındakı münasibətin 9 ildir davam etdiyini bildirən Sicherman, “Babam evlənmək istədiyini deyərək bizi təəccübləndirdi. Qısa bir mərasim təşkil edə biləcəyimizi dedik, amma təkid etdi. Toy etdi və evləndilər”.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Polşa Avropanın ən böyük ordusunu qurarkən yerli silah istehsalını artırır

Aynur Camal

İndoneziyadakı meşə yanğınlarının tüstüsü Malayziyada həyatı çətinləşdirir

Aynur Camal

Alimlər süni intellektin insanları aldatması təhlükəsi barədə xəbərdarlıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu