Kremlin sözçüsü Dmitri Peskov ABŞ ilə münasibətlərin yaxşı istiqamətdə inkişaf etdiyini bildirib və “Biz səbirlə münasibətləri yaxşılaşdırmağa doğru gedirik. Atılmalı çoxlu addımlar var” deyib.
Kremlin sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalına açıqlamasında cari məsələləri dəyərləndirib. Peskov Rusiya ilə ABŞ arasındakı münasibətlərə gəlincə, “ABŞ ilə münasibətlər yaxşı istiqamətdə gedir. Münasibətlərin canlandırılması çox çətin bir işdir, intensiv diplomatik və digər səylər tələb edir. Qarşılıqlı etimadın gücləndirilməsi üçün kiçik addımlar atılır” deyib.
ABŞ ilə təmasların kəşfiyyat xidməti və xarici işlər nazirliyi vasitəsilə davam etdiyini qeyd edən Peskov, “İki ölkənin diplomatik nümayəndəliklərinin normal fəaliyyəti ilə bağlı çoxlu nüanslar var” deyib.
İki ölkənin xüsusi nümayəndələrinin qarşılıqlı səfərlər etdiyini qeyd edən Peskov bunun müsbət hal olduğunu vurğulayıb və deyib:
“Əlbəttə ki, dərhal nəticə əldə etmək mümkün deyil. Çox böyük problemlər var. Onlar uzun müddət diqqətdən kənarda qaldı. Biz səbirlə münasibətlərin yaxşılaşmasına doğru gedirik. Atılmalı çoxlu addımlar var. Bununla belə, ABŞ-ın əvvəlki administrasiyası dövründə Rusiya-ABŞ münasibətlərinə nə qədər ziyan dəydiyini anlamaq lazımdır. İndi onun nəticələrinin aradan qaldırılması istiqamətində ciddi iş aparılır”.
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüş ehtimalını dəyərləndirən Peskov, ikisinin gec-tez görüşəcəyini və buna hazır olmalıyıq deyib.
ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında martın 18-də keçirilən danışıqlardan sonra Rusiya və Ukraynanın enerji və infrastruktur obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyini xatırladan Peskov, Ukraynanın bu razılaşmaya əməl etmədiyini və Rusiyanın enerji infrastruktur obyektlərinə gündəlik hücumlarını davam etdirdiyini bildirib.
“Bunun iki səbəbi ola bilər: ya Kiyev hakimiyyəti bunu həyata keçirmək istəmir, ya da öz qoşunlarını və əsgərlərini nəzarətdə saxlaya bilmir. Bunların hər ikisi fəlakətlidir”, – Peskov bildirib.
Ukraynanın ABŞ ilə əlaqələrinin yaxşı olmadığını qeyd edən Peskov, “Kiyev rəsmilərinin iyrənc davranışı Tramp administrasiyasını sevindirmir. Bir çox ölkələr Kiyev rəhbərliyinin müxtəlif mövzularda yalançı yanaşmasını görür” deyib.
Mənbə: Ahaber