16.6 C
Baku
18 May 2025, 4:29
Baş xəbərDünya

Kremlin sözçüsü Peskov: Avropanın militarizasiyası çox təhlükəli tendensiyadır

Kremlin sözçüsü Dmitri Peskov, “Avropanın hərbiləşdirilməsi çox təhlükəli tendensiyadır. Bu, vəziyyəti sakitləşdirməyə və qarşılıqlı etimad mühitini təmin etməyə kömək etmir və Avropada təhlükəsizliyə töhfə vermir” deyib.

Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Avropanın hərbiləşdirilməsi məsələsinə toxunan Peskov, bir çox avropalıların buna qarşı olduğunu, lakin ölkə hökumətlərinin bu yolla getdiyini bildirib və “Avropanın hərbiləşdirilməsi çox təhlükəli bir tendensiyadır. Bu, vəziyyəti sakitləşdirməyə və qarşılıqlı etimad mühitini təmin etməyə kömək etmir və Avropada təhlükəsizliyə töhfə vermir” deyib.

Ukrayna ordusunun Rusiya ərazisinin Kursk vilayətinin Suca şəhərində təbii qaz nasos stansiyasına hücum etdiyinə diqqət çəkən Peskov, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın enerji infrastrukturlarına hücum etməyəcəyi ilə bağlı verdiyi sözə əməl etmədiyini bildirib.

Peskov, “Rusiya Prezidenti Vladimir Putinin əmri qüvvədədir. Rusiya Silahlı Qüvvələri ABŞ və Rusiya arasında əldə olunmuş razılaşmaya (30 gün ərzində enerji infrastrukturu obyektlərinə qarşı hücumlardan qaçmaq) əməl edərək, Ukraynanın enerji infrastrukturuna hücumlardan çəkinir” deyib.

İranın nüvə probleminə də toxunan Peskov bu problemin siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb və deyib:

“Bunun üçün lazımi vasitələr var. Lakin bunun üçün siyasi iradə lazımdır. İranın nüvə silahına sahib olmaq planı yoxdur. İran nüvə proqramını ciddi şəkildə beynəlxalq hüquq normalarına uyğun həyata keçirir. Digər ölkələr kimi İranın da öz sülhməramlı nüvə sektorunu inkişaf etdirmək hüququ var”.

Mətbuat katibi Peskov Rusiya ilə Ermənistan arasındakı münasibətlərə gəlincə, “Bizim əlaqələrimiz kəsilməyib və kəsilə bilməz. Ermənistan bizim üçün dost ölkədir” deyib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Nazir:”gələn il yardımın artacağına ümid edirik”

Aynur Camal

Cinayət təşkilatı əməliyyatı oldu: 21 nəzarətə alındı

Bugün TV

İsrail ordusu qabaqlayıcı hücum əməliyyatına başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu