25 C
Baku
27 İyul 2024, 4:30
Dünya

Kruiz gəmilərinə qarşı etiraz aksiyası

Kanalları ilə məşhur olan İtaliyanın Venesiya şəhərində kruiz gəmiləri üçün tikilən terminal, lagünə zərər verdiyi səbəbiylə kruiz turizminə qarşı çıxan bir qrup tərəfindən etiraz edilib.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, 2021-ci ildə Venesiya kanallarında silsilə etiraz aksiyaları keçirən və dövrün hökumətini böyük kruiz gəmilərinin Venesiya yaxınlığından keçməsini qadağan edən addımlar atmağa vadar edən “Böyük gəmilərə yox” platforması təşkil edilib.

Sözügedən qrup üzvləri şəhərin Zattere məhəlləsindən getdikləri qayıqları ilə kanallarda kortej düzəldiblər. Qrup Venesiyanın Marghera bölgəsində kruiz gəmiləri üçün tikilən terminala etiraz edib.

“Böyük gəmilərə yox” qrupu terminalın Venesiya laqonuna ziyan vuracağını əsas gətirərək bu layihəyə qarşı olduqlarını bildiriblər.

Mətbuata əks olunan görüntülərdə bəzi qayıqların “Böyük gəmilərə yox” deyən vimpələr və Fələstin bayraqları dalğalandıraraq məşəllər yandırdığı görülüb.

Təhlükəsizlik qüvvələri də patrul qayıqları ilə etiraz qrupunun bu əraziyə və artıq limanda olan kruiz gəmisinə yaxınlaşmasına mane olmağa çalışıb.

Kruiz gəmilərinin Venesiya şəhər mərkəzinə yaxın keçidi ölkədə 2021-ci ilə qədər ən çox müzakirə olunan mövzulardan biri olub.

Venesiyalılar şəhər və lagün üçün yaratdığı risk səbəbiylə bu keçidlərə dəfələrlə etiraz edərkən, turizm mütəxəssisləri şəhəri ziyarət etməyə kruiz gəmiləri ilə gələnlərin böyük iqtisadi qaynaqlar təmin etdiyini və bu keçidlərin gəmi turlarının cazibə nöqtəsi olduğunu müdafiə etdilər.

2021-ci ildə “Böyük gəmilərə yox” platformasının başçılıq etdiyi bir sıra etiraz aksiyalarının ardınca, o zaman Mario Draqinin rəhbərlik etdiyi geniş iştiraklı koalisiya hökuməti, 1 avqust 2021-ci il tarixinə 25 min tondan çox və daha uzun çəkiyə malik gəmilərin 180 metrdən çox tranzitlə Venesiyanın məşhur San Marko Meydanı və Giudecca kanalından keçməsini qadağan etdi.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Onlarla ilan qorxulu anlar yaratdı

Aynur Camal

ABŞ-da türklər prezident Ərdoğanın qələbəsini qeyd edirlər

Aynur Camal

“Qərb Kiyevin mülki obyektlərə davamlı zərbələrini səngidir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu