Baş xəbərDünya

Kuba lideri Canel Qəzza ilə əlaqədar İsrail və ABŞ-a cavab verdi

Kuba prezidenti Miguel Diaz Canel İsrailin ABŞ-ın dəstəyi ilə Qəzzada Fələstin xalqını məhv etməyə çalışdığını bildirib. Canel X sosial media platformasında İsrail və ABŞ-ı qınayan bir paylaşımda məcburi köçkün olan qəzzalıların fotosunu yerləşdirib.

Kuba lideri Canel, “İsrail Qəzzada Fələstin xalqını ABŞ-ın təmin etdiyi tam cəzasızlıqla məhv etməyə davam edir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq xəstəxanaları, qaçqın düşərgələrini və Birləşmiş Millətlər Təşkilatının (BMT) obyektlərini bombalayır” deyə ifadələrdən istifadə edib.

Martın 19-da yazdığı mesajda ABŞ-ı da tənqid edən Canel, “ABŞ hökumətinin tam dəstəyi ilə İsrail Qəzzanı yenidən bombalamağa başlayıb. Onlar nəyin bahasına olursa olsun və artan vəhşiliklə Fələstin xalqını məhv etməyi hədəfləyirlər. Bu soyqırım cəzasız qala bilməz” deyə öz qiymətini vermişdi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ESA: Yer orbitində çoxlu kosmik tullantı toplanıb

Aynur Camal

Təbii qaz partlaması: 1 yaralı var

Aynur Camal

ABŞ növbəti dəfə Yəməndə dinc sakinləri hədəfə alıb: 6 şəhid, 26 yaralı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu