Rusiya Müdafiə Nazirliyi Ukraynanın ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib. Nazirlikdən verilən açıqlamaya görə, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Kursk və Bryansk şəhərlərində elektrik infrastrukturuna hücum edib.
Açıqlamada hücumlar səbəbilə elektrik kəsilməsinin yaşandığı və Krımda təbii qaz anbarına da İHA hücumu edildiyi qeyd edilib.
Söz mövzusu hücumların ABŞ ilə enerji infrastrukturlarına hücumların dayandırılacağını şərtləndirən razılaşmaya baxmayaraq həyata keçirildiyinə diqqət çəkilərək, “Kiyev rejimi Rusiyanın mülki enerji infrastrukturuna zərər verməyə davam edərkən Rusiya-Amerika razılaşmalarını pozmaq üçün əlindən gələni edir” deyilib.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında martın 18-də keçirilən görüşdən sonra tərəflərin enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi açıqlanıb.
Kreml ABŞ-la əldə olunan razılaşmaya əsasən, Rusiya və Ukraynada neft emalı zavodları və enerji boru kəmərləri kimi obyektlərə hücumların dayandırılacağını açıqlamışdı.
Mənbə: TrtHaber