13 C
Baku
24 Aprel 2026, 13:04
Baş xəbərDünya

Diaz-Kanel yenidən prezident seçildi

Kubada Xalq Hakimiyyəti Milli Assambleyasında (ANPP) keçirilən sessiyada deputatların 97,66 faizinin dəstəyi ilə prezident Migel Diaz-Kanel yenidən seçilib.

Bugun.tv-nin xarici KİV-dən əldə etdiyi məlumata əsasən, Milli Seçki Şurasından verilən açıqlamada hazırkı 462 deputatdan 459-nun Caneli dəstəkləyib.

Milli Assambleyanın sədri Esteban Lazo plenar iclasdakı çıxışında “Elan edilmiş nəticələri nəzərə alaraq, seçilmiş deputat Migel Mario Diaz-Kanel Bermudezi respublika prezidenti elan edirəm” deyib.

Kuba konstitusiyasına görə, “dövlət və millətdən üstün” olaraq təyin olunan Kuba Kommunist Partiyasının (PKP) üzvlərindən təşkil edən ANPP qanunvericiliklə yanaşı, yüksək səviyyəli icraçıları da seçmək səlahiyyətinə malikdir.

Çoxpartiyalı siyasi sistemlərdən fərqli olaraq, Kubada Qanunverici orqana daxil olmaq üçün namizədlərin əksəriyyəti PCC üzvü kimi keçir.

Xatırladaq ki, Kubada 43 illik konstitusiya dəyişikliyindən sonra 2019-cu il oktyabrın 11-də Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri Diaz-Kanel prezident seçilib.

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu