Bugun.tv xəbər verir ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən mütəşəkkil cinayət təşkilatlarına qarşı mübarizə çərçivəsində həyata keçirilən “Kukla” əməliyyatlarında saxlanılan 371 nəfərdən 100-ü həbs edilib.
EGM-dən verilən açıqlamaya görə, təzyiq, zor, təhdid və zorakılıqla məğul olan 15 mafiya tipli mütəşəkkil cinayətkar qrup üzrə və bu təşkilatlara dəstək olan 31 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. 371 şübhəlidən 100-ü həbs edilib, 99-u barəsində məhkəmə nəzarətin götürülüb. 172 şübhəli isə mühakimə olunana qədər sərbəst buraxılıb. 34 nəfərin axtarışları isə davam etdirilir.
Axtarışlar zamanı 354 tapança, 7 uzunlüləli tapança, 93 tüfəng, 10 min 45 patron, 28 kəsici/deşici alət, çoxlu sayda silah hissələri və silah istehsalında istifadə edildiyi düşünülən material, 4 ballistik jiletlər, külli miqdarda sintetik həb, sintetik dərman preparatları, sirr, metamfetamin, 530 min 950 lirə, 7 min 340 dollar və çoxlu çek və veksel ələ keçirilib.
Mənbə: TRT Haber