25 C
Baku
27 İyul 2024, 4:41
Kriminal

Külli miqdarda narkotik və psixotrop maddə gətirmək istəyən həmkəndlilər saxlanıldı

Bugun.tv xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat verib. Lerik RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əldə olunması. Daşınmasında şübhəli bilinən Cəlilabad rayon Çünzəli kənd sakinləri Nurlan Mustafalı və əvvəllər məhkum olunmuş Niyaməddin Əmədullayev saxlanılıblar. N.Əmədullayevin əlindəki çantadan 3 kiloqram marixuana. 100 qram heroin. 100 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla sözügedən narkotik vasitənin pul müqabilində Bakı şəhəri ərazisinə çatdırılmaq üçün şəxsiyyəti istintaqla araşdırılan və xaricdə yaşayan narkotacir vasitəsilə əldə olunduğu müəyyən edilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

Çanta, mobil telefonu oğurlayanlar saxlanıldı 

Kəmalə Sultan

Odlu silahdan istifadə edən şəxs saxlanıldı

Kəmalə Sultan

Xərçəng xəstəsini 300 min lirə aldadan şübhəlilər tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu