36 C
Baku
20 İyul 2025, 15:06
Baş xəbərKriminal

Külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı 

Bugun.tv xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində müxtəlif vaxtlarda Xırdalan şəhəri ərazisində bir evdən 2500 manat dəyərində 2 ədəd televizor, bir köşkdən 800 manat pul, bir evin zirzəmisindən isə velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Onun Bakı şəhər sakini Bilal Əsədov olduğu müəyyən edilib.

Araşdırmalarla onun daha bir evdən 4750 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması, həmçinin Xırdalan şəhəri ərazisindən “Toyota” markalı bir avtomobili qaçırması da müəyyən olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Serbiya Prezidenti məcburi hərbi çağırışın bərpasının əhəmiyyətini şərh etdi

İntizar Əmirova

Arzu Nağıyev İTV-yə müsahibə verib

Aynur Camal

Paytaxtı fırtına vurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu