Rusiya Ukraynanın ərazi sularını tərk etməlidir
Baş xəbərSiyasət

“Ruslar partlayışların dayandırılmasını istəyirlərsə, bizim ərazi sularımızı tərk etməlidirlər”

Bugun.tv xəbər verir ki, ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk bildirib ki, ruslar partlayışların dayandırılmasını istəyirlərsə, Ukraynanın sularını və ərazilərini tərk etməlidirlər.

Rusiya gəmilərində və ya Krım körpüsündə baş verən hər hansı partlayışın düşmənə qarşı tamamilə məntiqli və təsirli addım olduğunu müdafiə edən Malyuk bu cür əməliyyatların Ukrayna ərazi sularında həyata keçirildiyini və bunun tamamilə qanuni olduğunu bildirib.

“Ona görə də ruslar partlayışların dayandırılmasını istəyirlərsə, bunun üçün onların yalnız bir yolu var. Ukrayna ərazi sularını və torpaqlarımızı tərk etməlidirlər. Və bunu nə qədər tez etsələr, onlar üçün bir o qədər yaxşıdır. Çünki biz düşməni bu müharibədə 100 faiz məğlub edəcəyik”, – deyə Malyuk bildirib.

Qeyd edək ki, Rusiya mətbuatı Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzinin bəyanatına əsaslanaraq, ötən gecə Kerç boğazı yaxınlığında bir rus tankerinin Ukrayna qüvvələri tərəfindən pilotsuz dəniz vasitəsi ilə hücuma məruz qaldığını bildirib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

G7 enerji qiymətlərini azaltmaq üçün 100 milyon barel neft ehtiyatını bazara çıxaracaq

Aynur Camal

YAP-ın VIII Qurultayı keçirildi

Aynur Camal

6 il əvvəl bir fikir idi, bu gün isə böyük bir yolun adıdır — Doğru.az!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu