İqtisadiyyat

Kürü haqqında bilmədiklərimiz…

Heç kimə sirr deyil ki, kürü faydalı olduğu qədər həm də qiymətli məhsuldur. Son illərdə dünya bazarında kürüyə təlabatın daha da artdığı müşahidə olunur. Xüsusilə də Xəzər kürüsünə. Sözsüz ki, bu sahəyə diqqət ayrılması ölkəmizə valyuta axınını təmin edə bilər.

Hazırda dünya bazarında ən çox idxal edilən məhsullardan biri də balıq kürüsüdür. Təbii xüsusiyyətlərinə görə ən qiymətli qidalardan olan kürü daha çox payız və yaz aylarında əldə edilir. Statistikaya əsasən, dünya üzrə kürü istehesalının 80 faizdən çoxu Xəzərin payına düşür. Millət vəkili Vüqar Bayramov Bugun.tv-yə danışarkən bildirdi ki, ölkəmizdə bu sahənin inkişafı üçün bütün imkanlar var.

V.Bayramlı deyir ki, 2030-cu illər üçün müəyyən edilmiş prioterirtlərdə,  eləcə də 2022 və 2026-cı illəri əhatə edəcək strateji sənəddə qeyri-neft sektronun inkişaf etdirilməsi və o cümlədən, bu sektora daxil olan fərqli sahələrin istehsal və ixrac imkanının genişləndirilməsi əsas hədəfər kimi göstərilib. Eyni zamanda, qeyri-neft sektorunun həm istehsal, həm ixrac baxımından strukturunun yeniləşdirilməsi, o cümlədən təbii ki, kürü istehsalının artırılması və ixracın genişləndirilməsi əsas vəzifələrdən biridir.

Xüsusilə son dövrlərdə kürüyə təlabatın artdığı müşahidə olunur. Bu isə, ölkəmizə əlavə valyutanın daxil olması deməkdir.

Millət vəkili onu da qeyd etdi ki, xüsusən də toy və şənliklərdə artıq kürüdən daha çox istifadə olunması və eyni zamanda restoranlarda,  hətta fərdi istehlakda kürüyə tələbatın artması müşahidə olunur. Buna görə də  daxili tələbin ödənilməsi üçün istehsalın genişləndirilməsi vacibdir. Eyni zamanda, xüsusən də kürünün valyuta gətirdiyini nəzərə alsaq, ixracın artırılması ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır. Təbii ki, bu imkan yaradır ki, ölkə daha çox kürü istehsalından valyuta əldə etsin. Son illər kürü istehsalının  daha sistemli şəkildə, eləcə də avropa standartlarına uyğun olaraq hazırlanması və istehsalı müşahidə olunur. Potensialın genişləndirilməsi üçün ölkəmizdə   istehsalın və ixracın həyata keçirilməsi imkanları mövcuddur.

Hazırda kürü ən bahalı məhsullar sırasındadır. Dünya bazarında qara kürünün kiloqramı 3500 manata satılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ən çox bahalaşma və ucuzlaşma müşahidə olunan məhsullar açıqlandı

Bugün TV

Hindistan Rusiyadan neft alışını artırmağa çalışır

Nigar Məmmədova

SOCAR-da akademik Xoşbəxt Yusifzadənin doğum günü münasibətilə tədbir keçirilib

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu