18 C
Baku
27 Oktyabr 2025, 13:26
Sosial

Kəlbəcərdə BƏDBƏXT HADİSƏ: Ölən var

Kəlbəcər rayonunda işləyən Göyçay sakini bədbəxt hadisə zamanı dünyasını dəyişib.

Bugun.tv APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Göyçay rayonu, Mallı-Şıxlı kənd sakini, 57 yaşlı Rüstəmov Bəhruz Xudat oğlu bu gün Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib.

Bəhruz Rüstəmov ağır kəllə-beyin travması aldığı üçün hadisə yerində dünyasını dəyişib.

Bəhruz Rüstəmov bir ildən çoxdur ki, Qarabağ ərazisində aparılan yol çəkilişlərində tikinti texnikası idarə edirdi.

Hazırda onun meyiti yaşadığı Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yaydı

Aynur Camal

İqtisadi vəziyyətin aylıq dinamikası: İctimai rəy sorğusunun nəticələri

Bugün TV

Millət vəkili aztəminatlı ailələrə bayram sovqatı payladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu