Baş xəbərKriminal

Lənkəranda tələbə qətlinin TƏFƏRRÜATI

Lənkəranda qətlə yetirilən şəxs Lənkəran Dövlət Universitetinin tələbəsi olub.

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Bildirilib ki, qətlə yetirilən Tosif Nəsirov universitetin III kurs tələbəsi olub.

O, ofisiant kimi işlədiyi restoranda administrator Seymur Bayramlı tərəfindən qətlə yetirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, ötən gün axşam saatlarında Lənkəranda kütləvi dava düşməsi və Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şöhlət oğlu Nəsirovun qətlə yetirilməsi barədə xəbər yayılmışdı.

Bugün TV

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Səudiyyə Ərəbistanı Məkkənin təhlükəsizliyini “qırmızı xətt” elan etdi

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu