14 C
Baku
17 Fevral 2026, 12:30
Baş xəbərSiyasət

Laçın dəhlizində tarazlığı hansı problem və çatışmazlıqlar pozur?

Siyasi gündəmlə bağlı açıqlamaları ilə diqqət çəkən  professor, doktor Kürşad Zorlu Laçın dəhlizində baş verənlərlə bağlı Twitter -də  HaberTürk- də yazdığı açıqlamanı paylaşıb. Yazını diqqətinizə çatdırırıq.

“Qarabağdakı bu kritik  problemlər həll olunmazsa  yeni problemlər yarana bilər. Ötən gün Qarabağda  Laçın-Kəlbəcər-Ermənistan sərhəd xəttində  erməni hərbi ünsürlərinin bu xəttdəki bəzi yüksək təpələrdə mövqelər tutmaq cəhdləri olub.  Laçın dəhlizində tarazlığı  poza biləcək bu gedişlər münaqişələrin hər an böyüyə biləcəyi mənzərəsini ortaya qoyur.

Ancaq iki ölkə arasında yeni danışıqların  başladığı, hətta Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının da müzakirə edildiyi bu prosesdə “Yeni bir  dirəniş dalğası yaşana bilərmi?” sualı ortaya çıxır.

Ermənistan Xarici İşlər Nazirliyinin   “Azərbaycanın Laçın dəhlizində hüquqi rejimi birtərəfli qaydada dəyişdirmək cəhdi qəbuledilməzdir” bəyanatı isə əslində Ermənistanın illərdir davam edən problemin faktiki nəticələrə nail olmaq yanaşmasının əksi kimi qiymətləndirilə bilər.

Necə və niyə?

Bu gün mərkəzi Xankəndində yerləşən, Şuşanın şimalında və Xocalı şəhərinin cənubunda yerləşən bu torpaq həll olunması lazım olan ən mühüm problemli ərazidir. Müharibədən sonra ermənilər tərəfindən boşaldılan və Azərbaycanın nəzarətinə keçən Ağdam, Kəlbəcər, Laçın və Şuşa vilayətlərinin sərhəd xətti hər an münaqişə ehtimalı yaradır.”

Bugün.tv

 

Bugün TV

Oxşar xəbərlər

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Rəsmi olaraq Azərbaycan və Serbiya strateji tərəfdaşlıq şurası yaradıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu