11 C
Baku
7 Dekabr 2024, 18:08
Baş xəbər

Laçın rayonunun azad olunmasından 4 il ötür

1 dekabr 2020-ci il Laçın rayonu 1 güllə atmadan işğaldan azad olundu. Bu, döyüş meydanında əldə etdiyimiz böyük qələbənin nəticəsi idi. Ermənistan həm işğal dövründə, həm də 44 günlük müharibədən sonra Laçın üzərindən məkrli planlar həyata keçirirdi. Çünki Laçının sona qədər dəhliz kimi fəaliyyət göstərəcəyinə ümid edirdilər. Burada qanunsuz məskunlaşma aparılmış, eyni zamanda 2-ci Qarabağ savaşından sonra təkcə Laçın rayonu ərazisinə 2021-ci ildə, yəni müharibədən sonra 1400-dən çox yeni mina basdırılmışdı. Strateji-nöqteyi nəzərdən böyük əhəmiyyətə malik olan Laçın müharibədən sonra da həlledici rol oynadı. Belə ki, 2023-cü il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulması ilə ərazi bütövlüyümüz tam bərpa olundu.

Artıq Laçında yeni inkişaf mərhələsi başlayıb. İlk dəfə 2023-cü il, mayın 28-də – Müstəqillik Günündə dövlət başçımız Laçında keçmiş məcburi köçkünlərə yeni mənzillərin açarlarını təqdim etdi. İndiyədək Laçın şəhərində 600-ə yaxın ailə daimi məskunlaşıb. Burada müasir və təhlükəsiz infrastruktur qurulub.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, abadlaşan Laçının timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük.

Nigar Məmmədova Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Sülh müqabilində Ukrayna ərazisinin 20%-i istənilib

Aynur Camal

Yol qəzası nəticəsində 5 nəfər yaralandı

Nigar Məmmədova

XİN Paşinyanın əsassız iddialarına cavab verdi – FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu