Mədəniyyət

Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı olacaq

Bugun.tv -yə daxil olan məlumata əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 2-4 iyun tarixlərində Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçiriləcək.

Bu mübasibətlə Azərbaycandan və Müstəqil Dövlət Birliyinə (MDB) digər üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları bu gün Laçın şəhərinə səfər ediblər.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

Mənbə: WhatsApp/Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

“Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatdı

Aynur Camal

“Əlində gündəlik əşyalarla gəzmək” runway trendi

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu