25 C
Baku
27 İyul 2024, 4:37
Baş xəbərDigər

Laçından çıxan ermənilərə “mənəvi təzminat” olaraq evləri yandırmağa icazə verildi…

“Mənəvi təzminat” olaraq insanlara evlərini yandırmağa icazə verildi”.

“Hraparak” nəşrinin yaydığı məlumata görə, bu hədsizlik ifadə edən  sözləri Azərbaycana qarşı revanşist və irqçi çıxışları ilə seçilən keçmiş Ermənistan deputatı, “Çiçəklənən Ermənistan” partiyasının sədri Naira Zohrabyan  Laçından çıxmalı olan haylar haqda danışarkən söyləyib.

“Artsax hakimiyyəti Berdzor(Laçın-S.L.) və Ağavno(Zabux-S.L.) əhalisinə məlumat verib ki, onlar avqustun 25-dək evlərini tərk etməli, məzarlarını sökməli və qohumlarının məzarlarını yeni yaşayış yerinə köçürməlidirlər.

Yaradılan operativ qərargah Berdzor sakinlərinin və Ağavno sakinlərinin mənzil problemi ilə məşğul olacaq” -N.Zohrabyan belə deyib.

Erməni partiya sədri əlavə edib ki, sentyabrın 1-də Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi Azərbaycana təhvil veriləcək…

Aynur Camal

Oxşar xəbərlər

Gələn ildən yeni Metrostansiya istifadəyə veriləcək….

Şükufə Ramizqızı

Avropa İttifaqı Rumıniya və Bolqarıstan üçün “qismən Şengen”i təsdiqlədi

İntizar Əmirova

ABŞ-dan sosial medianı məhdudlaşdırır: 14 yaşından kiçiklərə qadağa qoyuldu!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu