Baş xəbərSiyasət

Lavrov: “Dördtərəfli görüş üçün həmkarlarıma uyğun bir tarix təklif etmişəm”

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirləri səviyyəsində dördtərəfli görüşün bir neçə tarixini təklif edib.

Bugun.tv xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Moskvada xarici işlər nazirləri səviyyəsində həmkarlarım Hüseyn Əmir-Abdollahiyan, Mövlud Çavuşoğlu və Faysal Mekdad ilə görüşün tarixi ilə bağlı razılığınızı gözləyəcəm. Biz danışıqlar raundunun sonunda hamı üçün məqbul ola biləcək bir neçə gün təklif etmişik”, – Lavrov qeyd edib.

Xatırladaq ki, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması prosesi ötən ilin dekabrında Rusiya, Suriya və Türkiyə müdafiə nazirlərinin Moskvada məsləhətləşmələri zamanı başlayıb. Görüşün yekununda birgə üçtərəfli komissiyanın yaradılması haqqında razılıq əldə olunub. Bu məsləhətləşmələrin ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd arasında danışıqlar mövzusu da daxil olmaqla, xarici işlər nazirləri səviyyəsində bir görüş olacağı gözlənilir. Daha sonra mətbuatda xarici işlər nazirlərinin görüşündə İranın da iştirak edəcəyi xəbəri yayılıb.

Dekabrın 15-də Ərdoğan jurnalistlərə açıqlamasında rusiyalı həmkarı Vladimir Putinə Suriya lideri ilə üçtərəfli görüş keçirməyi təklif etdiyini bildirib. Onun fikrincə, bu sammitdən əvvəl kəşfiyyat nümayəndələri, müdafiə və xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmalıdır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Qran-pridə yağış xaosa səbəb oldu

Aynur Camal

Çin insan sivilizasiyasının yeni formasını yaradır – Si Cinpin

Kəmalə Sultan

Vaxtın ölçülməsinin yeni üsulu tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu