DünyaHadisə

Trampın əleyhdarları aksiya keçiriblər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın əleyhdarları Manhettendə “Tramp Tower” yaxınlığında aksiya keçiriblər.

Bugun.tv xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan müxbiri məlumat yayıb.

“Tramp Tower”in yerləşdiyi 5-ci prospektdə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaşansa da, yürüş qadağan olunmayıb. Aksiyaçılar bayraq və loqolarla bəzədilmiş yük maşınlarından istifadə ediblər.

Polis nəzakətlə vətəndaşlardan yolda hərəkət etməyi xahiş edib. Onlar həmçinin, jurnalistləri xüsusi sədddən keçməyə çağırıblar.

Qeyd edək ki, Tramp dünən Nyu Yorka gəlib və bu gün məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, keçmiş ABŞ prezidentini porno aktrisa Stormi Danielsi susdurmaq məqsədi ilə 130 min dollar pul ödədiyi və Trump Təşkilatının maliyyə sənədlərini saxtalaşdırdığı üçün ittiham olunur.

 

Bugün TV

Oxşar xəbərlər

“Yer kürəsi dörd dəfə qəfil əyilib”- nə baş verir?

Aynur Camal

Məhəmməd Əsədullazadə: İsrail Yəməndə husilərə qarşı prosesə daha fəal müdaxilə edir

Aynur Camal

Səudiyyə Ərəbistanından bənövşəyi təyyarə – Görənlər təəccüblənə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu