Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru, ÇKP Siyasi Bürosunun üzvü Vanq Yinin fevralın sonunda Moskvaya səfəri zamanı Rusiya və Çin arasında geniş razılaşmalar əldə olunub.
Bu razılaşmalar fonunda Sergey Lavrov və həmkarı Qin Qanq arasında görüş G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub. Bu, Qin Qanqın nazir təyin edilməsindən sonra həmkarlar arasında ilk şəxsi təmasdır.
“Liderlərimizin strateji istiqamətləndirici rolu sayəsində əlaqələrimiz böyük dövlətlər arasında ikitərəfli, davamlı və sağlam şəkildə inkişaf etməkdə davam edir”
Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Naziri Qin Qang deyib.
“Bu yaxınlarda yoldaş Van Yi Rusiyaya uğurla səfər etdi. Burada şəxsən sizinlə, eləcə də digər rusiyalı həmkarları ilə fikir mübadiləsi apardı. Onlar geniş razılaşmalar əldə etdilər. Fürsətdən istifadə edərək, sizinlə qarşılıqlı maraq doğuran bütün məsələlərdə danışdıq”,- çinli diplomat qeyd edib.