24 C
Baku
5 Sentyabr 2025, 8:29
Siyasət

Lavrov və çinli həmkarı görüş zamanı nəyi müzakirə etdilər?

Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının  direktoru, ÇKP Siyasi Bürosunun üzvü Vanq Yinin fevralın sonunda Moskvaya səfəri zamanı Rusiya və Çin arasında geniş razılaşmalar əldə olunub.

Bu razılaşmalar fonunda  Sergey Lavrov və həmkarı Qin Qanq arasında görüş G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub. Bu, Qin Qanqın nazir təyin edilməsindən sonra həmkarlar arasında ilk şəxsi təmasdır.

“Liderlərimizin strateji istiqamətləndirici rolu sayəsində əlaqələrimiz böyük dövlətlər arasında ikitərəfli,  davamlı və sağlam şəkildə inkişaf etməkdə davam edir”

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Naziri Qin Qang deyib.

“Bu yaxınlarda yoldaş Van Yi Rusiyaya uğurla səfər etdi. Burada şəxsən sizinlə, eləcə də digər rusiyalı həmkarları ilə fikir mübadiləsi apardı. Onlar geniş razılaşmalar əldə etdilər. Fürsətdən istifadə edərək, sizinlə qarşılıqlı maraq doğuran bütün məsələlərdə danışdıq”,- çinli diplomat qeyd edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər 200 ildir ki, azərbaycanlılara qarşı təxribatını davam etdirir

İntizar Əmirova

İlham Əliyev Serdar Berdiməhəmmədovla görüşüb – FOTO

Aynur Camal

Əliyev və Paşinyan Əbu-Dabidə görüşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu