LEGO şirkəti məşhur Godzilla obrazının indiyədək hazırladığı ən böyük konstruktiv modelini təqdim edib. 5 363 hissədən ibarət nəhəng fiqurun hündürlüyü 70 santimetr, eni 27 santimetr, uzunluğu isə 40 santimetrdir.
Bugun.Tv xəbər verir ki, bu barədə “Hi-Tech Mail” məlumat yayıb.
Şirkətin təqdim etdiyi model Godzilla obrazının görünüşünü detallı şəkildə əks etdirir. Fiqurun başı, əlləri, barmaqları və quyruğu hərəkət etdirilə bilir. Konstruksiyada canavarın məşhur atom nəfəsini xatırladan xüsusi detal da yer alıb.
LEGO bildirir ki, yeni konstruksiya şirkətin indiyədək hazırladığı ən böyük canlı məxluq fiqurudur. Model həm ölçüləri, həm də çoxsaylı hissələri ilə kolleksiya həvəskarlarının diqqətini çəkməyi hədəfləyir.
Məlumata görə, Godzilla konstruksiyasının satışına 27 noyabr 2026-cı ildə başlanması nəzərdə tutulur. Modelin ABŞ bazarı üçün elan edilən qiyməti 449,99 dollardır.
Mənbə: Hi-Tech Mail
