Digər

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaratdı

Gürcüstanda güclü leysan yağışları ölkənin qərb bölgəsində ciddi problemlər yaradıb.

Bugun.tv xəbər verir ki, ən böyük ziyan Xelvaçauri bələdiyyəsi ərazisində qeydə alınıb. Xelvaçauri şəhər meriyasının məlumatına görə, həm mərkəzi, həm də rayondaxili yolları su basıb, bir neçə yerdə sürüşmə əmələ gəlib.

Xelvaçauri bələdiyyə ərazisində yaşayış binalarının yaxınlığında baş verən sürüşmə ilə əlaqədar 15 ailə müvəqqəti olaraq təxliyə edilib. Ağır texnikadan istifadə etməklə yolun təmizlənməsi işləri fəal şəkildə aparılır.

Şəhər meriyasının xidmətləri və bütün aidiyyəti qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub.

Güclü yağışlar nəticəsində əsas tikililərdə yaranan problemlər səbəbindən Maxincauri və Şarabidze icmalarına daxil olan Axalsopeliyə içməli su verilmir.

Erge (Başko Ekalauri) kəndində abonentlərə elektrik enerjisi verilmir.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu