13 C
Baku
27 Aprel 2026, 22:32
Baş xəbərİdman

“TamGənc” liqasına yekun vuruldu

Bugun.tv xəbər verir ki, Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbolçuları arasında final oyun keçirilib.

Belə ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 82-77 hesablı qələbə qazanaraq “TamGənc” Tələbə Basketbol Liqasının çempionu olub.

3-cü yer uğrunda mübarizədə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üzərində 77-68 hesablı qələbə ilə liqanın bürünc mükafatına yiyələnib.

Qalib komanda elm və təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən təltif edilib.

Qeyd edək ki, tələbə liqasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin komandaları mübarizə aparıb.

 

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu