İsrailin sıx hücumları səbəbiylə Livanın cənubundan şimalına qaçış davam edərkən, minlərlə avtomobil saatlarla trafikdə gözləyir.
Hizbullahın raket hücumlarını bəhanə edən İsrail Livandakı mülki yaşayış məntəqələrini hədəf almağa başladı. Livanın cənubundakı Zehrani bölgəsindən Sidona doğru miqrasiya səbəbindən yollarda görünməmiş nəqliyyat sıxlığı yaranıb.
MİNLƏR MAŞIN QAÇIŞ YOLUNDA GÖZLƏYİR
Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə bu sıxlıq səbəbindən minlərlə avtomobil yollarda kilidlənib. Təxminən 5 saatdır ki, tam dayanan şimal marşrutu ilə nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, qeyri-mümkün hala gəlib. Yolun açılmasını gözləyən livanlılar təhlükəsizlik qüvvələrinin hərəkəti açmaq üçün müdaxilə etməsini tələb ediblər.
İsrail ordusu səhər saatlarından etibarən Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.
Livan Səhiyyə Nazirliyi hücumlarda 24-ü uşaq, 42-si qadın olmaqla 492 nəfərin öldüyünü, 1645 nəfərin isə yaralandığını açıqlayıb.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimal bölgələrinə köç dalğası davam edir.
Livan Təhsil Nazirliyi ölkə daxilində təhsilin dayandırıldığını açıqlasa da, Daxili İşlər Nazirliyi ölkənin cənubunda İsrailin hücumları səbəbindən köçkünlərin yerləşdirilməsi üçün məktəblərin açıldığını açıqlayıb.
Mənbə: EnSonHaber