18 C
Baku
2 Dekabr 2023, 15:33
DünyaHadisə

Liviya sahil mühafizə gəmisi qəsdən miqrantları daşıyan qayığa çırpılıb

Bugun.tv xəbər verir ki, Liviya Sahil Mühafizəsinə məxsus sürətli qayıq Aralıq dənizində qəsdən təxminən 50 immiqrantı daşıyan qayığa çırpılıb.

Qəzadan sonra batan qayıqda olan təxminən 50 immiqrant dənizə düşüb. Onlar üzərək yaxınlıqdakı sahil mühafizə gəmisinə getməli olublar.

Liviyada öldürülən devrilmiş lider Müəmmər Qəddafinin rejimindən bəri ölkədəki təhlükəsizlik və xaos səbəbiylə əksəriyyəti Afrikalı olan immiqrantlar Liviya üzərindən Avropa sahillərinə keçmək istəyirlər.

Qeyd edək ki, Liviya daha yaxşı yer axtaran immiqrantlar üçün dominant keçid məntəqəsinə çevrilib.

Mənbə: TRT Haber

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu