17 C
Baku
10 İyun 2025, 6:56
Dünya

Liviya və Tunis arasındakı sərhəd qapısı yenidən açılıb

Liviya hökuməti ilə Amaziqlər arasındakı qarşıdurma səbəbindən 3 aydan artıqdır bağlı olan Liviya ilə Tunis arasındakı Ras Cedir Sərhəd Qapısı yenidən açılıb.

Sərhəd qapısının açılışında açıqlama verən Liviyanın daxili işlər naziri İmad ət-Trablusi Tunis və Liviyanın Ras Cedir Sərhəd Qapısını iki ölkə arasında qüvvədə olan qanunlar çərçivəsində açmağa razılaşdıqlarını bildirib.

Tripoli, “Ras Cedir Sərhəd Qapısında çalışan bütün keçmiş səlahiyyətlilər dəyişdirildi və sərhəd qapısında yalnız Liviyanın rəsmi polis qüvvələri olacaq” deyib.

Həmçinin Tunis ilə ölkəsi arasında sərhəd qapılarının sayını ikidən dördə qədər artırmağı planlaşdırdıqlarını qeyd edib.

Liviya Daxili İşlər Nazirliyi, qaçaqmalçılığın qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün martın 19-da silahlı bir qrupun Ras Cedir Sərhəd Qapısına göndərilən təhlükəsizlik qüvvələrinə hücum etdiyini, daha sonra isə sərhəd qapısının bağlandığını açıqlayıb.

Nazirlik Ras Cedir Sərhəd Qapısının iyunun 20-də iki ölkə vətəndaşlarının keçidinə açılacağını açıqlasa da, lazımi prosedurların tamamlanmadığı üçün açılışın təxirə salındığını bildirib.

Mənbə: İLKHA

Kəmalə Sultan

Oxşar xəbərlər

Təyyarənin mühərriki yandı

Aynur Camal

Putinin andiçmə mərasimi ilə bağlı təntənəli mərasim keçiriləcək

Aynur Camal

Sərnişin avtobusu və yanacaq tankeri toqquşub: 9 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu