10.7 C
Baku
27 Mart 2025, 20:38
Baş xəbər

London-İslamabad reysini yerinə yetirən təyyarə Bakı hava limanına təcili eniş etdi

“Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bugun.tv xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

“Boeing 787-9” təyyarəsi yerli vaxtı ilə saat 07:37-də Bakı hava limanında uğurla eniş edib.

Qeyd edək ki, son 12 saat ərzində bu, Bakı hava limanına təcili eniş edən ikinci təyyarədir. Martın 2-də axşam saatlarında Banqkok-Amsterdam marşrutu üzrə hərəkət edən “Boeing 787” təyyarəsinin göyərtəsində sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən “EVA Air” aviaşirkəti, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Əməkdar jurnalist Mətabət Ağamirli yazır…

İntizar Əmirova

“Əlil qadınların cəmiyyətə inteqrasiyasında dövlət qurumlarının rolu böyükdür”

Bugün TV

İslamı qəbul edənlərin sayı artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu