25 C
Baku
27 İyul 2024, 4:16
Dünya

London-Sinqapur təyyarəsində dəhşət!

Londondan Sinqapura uçan Sinqapur Hava Yollarına məxsus sərnişin təyyarəsində yaranan turbulentlik nəticəsində 1 nəfər ölüb, yaralananların da olduğu bildirilib. Təyyarə Banqkokda məcburi eniş edib. “Bizim prioritetimiz təyyarədəki bütün sərnişinlərə və ekipaj üzvlərinə hər cür köməklik göstərməkdir”, – aviaşirkətlərin açıqlamasında deyilir.

211 sərnişin və 18 ekipaj üzvü olan Sinqapur Hava Yollarına məxsus Boeing 777-300ER tipli sərnişin təyyarəsində uçuş zamanı yaşanan şiddətli turbulans insan itkisinə səbəb olub. Aviaşirkətdən verilən açıqlamada, “Mayın 20-də Londondan (Hitrou) havaya qalxan və Sinqapura gedən SQ321 reysi şiddətli turbulentliklə qarşılaşıb.

Təyyarə Banqkoka yönləndirilib və mayın 21-də yerli vaxtla saat 15.45-də yerə enib. “Biz yaralıların olduğunu və bir nəfərin öldüyünü təsdiqləyə bilərik”, – deyə məlumatda bildirilir.

Ölən sərnişinin ailəsinə başsağlığı ifadə edilən açıqlamada, “Bizim prioritetimiz təyyarədəki bütün sərnişinlərə və ekipaj üzvlərinə hər cür köməklik göstərməkdir” deyilir. Biz lazımi tibbi yardım göstərmək üçün Taylandda yerli hakimiyyət orqanları ilə işləyirik. “Biz lazım olan əlavə yardım üçün Banqkoka bir komanda göndəririk”.

Yerli mətbuatın verdiyi açıqlamada, təyyarədə olan ən azı 30 sərnişinin yaralandığı qeyd edilib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

1313 evsiz insan küçələrdə öldü

Aynur Camal

KİV: Mario Draqi Avrokomissiyanın sədri postuna əsas namizədlərdən biridir

Kəmalə Sultan

Pele özü 19 il əvvəl bu qəbiristanlıqda yer alıb

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu