Baş xəbər

Loukosterlərin sayının artırılması planlaşdırılır

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman istər klassik aviaşirkətlərlə, istərsə də loukosterlərlə əməkdaşlığı genişləndirməyə çalışır.

Vurğulanıb ki, Bakı hava limanı daim infrastrukturun təkmilləşdirilməsi və yeni tərəfdaşların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzərində işləyir.

“Gələcəkdə də sərnişinlər üçün səyahətlərə daha da əlçatanlığın təmin olunması məqsədilə Bakı aeroportundan uçuş həyata keçirəcək aşağıbüdcəli aviaşirkətlərin sayının artırılması planlaşdırılır”, – deyə məlumatda qeyd olunub.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu